• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yəməndə mülki şəxslərə hücum: 8 ölü, 30 yaralı

Yəməndə Harad şəhərinin bombardman edilməsi nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Lise Grande məlumat verib.

Lise Grande hücumun hansı silahlı birləşmə tərəfindən təşkil edildiyini bildirməyib. O deyib: “Hücum şok, dəhşətli və mənasızdır. Dinc insanların yaşadığı bölgələrə hücum vicdanını itirənlərin işidir. Bu vəziyyət beynəlxalq insan hüquqlarının açıq şəkildə pozuntusudur”.