• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yaponiyada qan xərçənginə qarşı yeni nəsl dərman bəyənilib

Yaponiya Səhiyyə Nazirliyi qan xərçənginə qarşı yeni nəsl dərmanı bəyənib. Bu dərmanın xəstənin immun sistemindən istifadə etdiyi bildirilir.

Bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, “Kumriah” adlı yeni dərmanın bəyənilməsi barədə ərizə ilə İsveçrənin nəhəng “Novartis” farmasevt istehsalçısının filialı müraciət edib. Bu, Yaponiyada CAR-T-hüceyrələrinin köməyi ilə terapiyanın tətbiqini nəzərdə tutan ilk dərman olacaq.

Bu zaman müalicə xəstənin immun sisteminin hüceyrələrinin seçilməsi ilə başlayır. Həmin T-hüceyrələr genetik şəkildə yenidən proqramlaşdırılaraq öz ehtiyatları vasitəsilə xərçəngi məhv edir. Bundan sonra həmin hüceyrələr yenidən xəstənin orqanizminə qaytarılır.

“Kumriah” dərmanı leykemiyanın və qan xərçənginin digər növlərinin müalicəsi üçün tətbiq edilir.