• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Havay ştatı da Xocalı soyqırımını tanıyıb

Bakı. ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. "AzərTAC" xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır.

Sənəddə qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş Xocalı qətliamı zamanı 600-dən çox mülki insan qətlə yetirilib. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir.

Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın. Beləliklə, bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.