• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə seçkilər: AKP təkbaşına hökumət quracaq

Bakı. Ədalət və İnkişaf Partiyası (AKP) seçki zəfərini qeyd edir. Türkiyədə Böyük Millət Məclisinə növbədənkənar seçkilərdə səslərin 97 faizi sayıldıqdan sonrakı nəticələrə görə, hazırkı iqtidar AKP 49,39 faizlə irəlidə gedir. Partiya yeni parlamentdə 316 deputat yeri qazanaraq təkbaşına hökumət qurmaq imkanı əldə edib. 

Ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası səslərin (CHP) 25,3 faizini (134 yer), Millətçi Hərəkat Partiyası (MHP) səslərin 11,9 faizini (41 yer), Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 10,5 faizini (59 yer) toplayıb.

Xatırladaq ki, cari ilin iyun ayının 7-də keçirilmiş parlament seçkilərində AKP 258, CHP 132, MHP və HDP isə 80 mandata sahib olmuşdu.

Məlumat üçün bildirək ki, Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə seçici fəallığı 85 faizdən yuxarı olub.