• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyənin Sivas bölgəsində üç ailənin olduğu mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Ailələr Yıldız dağı Qış Turizm Mərkəzindən geri dönərkən baş verib.

Bildirilir ki, yaralılar Sivas dövlət xəstəxanasına çatdırılıblar.