• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə dost və qardaş Azərbaycanın yanındadır

Bakı. Dörd Türkiyə vətəndaşının Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri rəsmi qurumlarla məsləhətləşmədən həyata keçirilib. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu Anadolu agentliyinin sorğusuna cavab olaraq bildirib. Bu səfərin heç bir halda Türkiyənin rəsmi mövqeyini əks etdirmədiyini deyən sözçü “Türkiyə bu haqlı mübarizədə dost və qardaş Azərbaycanın yanında olmaqda davam edəcək”, - deyə bildirib. O, Türkiyənin Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün azərbaycanlı qardaşları ilə birgə çalışdığını əlavə edib.