• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Turkish Airlines” şirkətinə məxsus təyyarə Tehranın “Mehrabad” hava limanına təcili eniş edib

Hindistanın Yeni Dehli şəhərindən İstanbula uçan “Turkish Airlines” Hava Yolları şirkətinə məxsus təyyarə Tehranın “Mehrabad hava limanına təcili eniş edib.

Təcili enişə səbəb təyyarədəki sərnişinlərdən birinin halının pisləşməsi səbəb olub.

İranın Mülki Aviasiya Təşkilatının yaydığı açıqlamada deyilir ki, aeroportun tibb məntəqəsinin həkimləri sərnişini müayinədən keçirərək yardım ediblər. Lakin buna baxmayaraq, sərnişin vəfat edib. Sərnişinin cəsədi xüsusi qutuya qoyulub və təyarəyə yerləşdirilib. Təyyarəyə yanacaq doldurulduqdan sonra İstanbula yola salınıb.