• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tunisin paytaxtında törədilən iki partlayış nəticəsində doqquz nəfər yaralanıb

Bu gün Tunisin paytaxtında terrorçu-kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində doqquz nəfər, o cümlədən üç mülki şəxs yaralanıb.

Bu barədə Al Arabiya telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. İlkin məlumata əsasən, birinci terror aktı Şarl de-Qoll küçəsində - Fransa səfirliyindən yüz metrlik məsafədə törədilib. Burada qadın terrorçu özünü partladıb. Hücumun hədəfi polisin patrul avtomobili olub. İkinci partlayış isə Milli Antiterror İdarəsinin parklama yerində baş verib.

Hazırda hər iki hadisə yeri güc strukturları tərəfindən əhatəyə alınıb, Prezident sarayına aparan küçə bağlanıb.