• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“The Peninsula” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

Qətərin geniş oxucu kütləsinə malik ingilis dilli “The Peninsula” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.

Məqalədə mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün qeyd ediləcəyi diqqətə çatdırılır, Ulu Öndərin ömrünü bütünlükdə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider olduğu vurğulanıb.

Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq, həmin illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın Heydər Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdiyi xatırladılıb, onun 1993 və 1998-ci illərdə iki dəfə Prezident seçildiyi diqqətə çatdırılıb.

Məqalədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkənin Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynadığı və dünyanın ən dinamik iqtisadiyyatına sahib dövlətlərdən birinə çevrildiyi diqqətə çatdırılıb.