• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İSESKO-nun baş direktorundan Ramazan təbriki

Bakı. İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Mübarək Ramazan bayramı münasibətilə üzv dövlətlərin başçılarına, baş konfrans üzvlərinə, İSESKO-nun idarə heyətinə və bütün İslam dünyası xalqlarına  öz səmimi təbriklərini çatdırıb. Cənab əl-Tüveycri deyib: “Allah, Ramazanı hər kəs üçün xeyrə, bərəkətə və firavanlığa vəsilə etsin. Bayramınız mübarək olsun!”

Xatırladaq ki, Əbdüləziz bin Osman əl-Tüveycri həm də İslam Dünyası Universitetləri Federasiyasının (FUİW) baş katibi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.