• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanı qəzetləri Azərbaycanın milli bayramı - Respublika Günündən yazır

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının ən nüfuzlu “Əl-Cəzirə” və “Ər-Riyad” qəzetlərində səfir Şahin Abdullayevin geniş məqalələri dərc edilib http://today.al-jazirah.com.sa/flip/flipxml/index.htm?xml_date=21000101&edition=3,

http://a5.alriyadh.com/media/pdf/18601/files/assets/flash/pages/page0004_l.jpg.

Məqalələrdə Şahin Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən ətraflı söz açaraq, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın qurulduğunu bildirib. Qeyd edib ki, cəmi 23 ay yaşamış Cümhuriyyət milli dövlətçilik tarixində silinməz iz qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını bildirən səfir ölkənin daxildən və xaricdən bir çox təzyiqlərlə qarşılaşdığını, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu yazıb. Diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ciddi islahatlar həyata keçirilib. Ulu Öndərin müdrik siyasəti nəticəsində qısa zaman kəsiyində dövlətin əsaslarının gücləndiyini vurğulayan diplomat, işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşma əldə olunduğunu, Ümummilli Lider tərəfindən milli enerji strategiyasının işlənildiyini yazıb. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışarkən səfir ölkəmizin işğal olunmuş ərazilərində zəngin İslam maddi-mədəniyyət abidlərinin və məscidlərin viran edildiyi barədə oxuculara məlumat verib.

Səfir Şahin Abdullayev Azərbaycanın neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığı, mədən sənayesində şəffaflıq təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğu, gənclər siyasəti, elm-təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barədə məlumat verib.

Son 15 ildə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirən səfir ölkəmizin regionda turizm məkanına çevrildiyini, dünya dövlətləri, o cümlədən ərəb və müsəlman dünyası ilə münasibətləri surətlə inkişaf etdirdiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini yazıb.

Məqalələrdə Şahin Abdullayev Azərbaycan-Səudiyyə Ərəbistanı diplomatik əlaqələrinin qurulduğu tarixdən - 1992-ci il fevralın 24-dən də əvvəl iki ölkənin əhalisi arasında münasibətlərin olduğunu vurğulayıb. O, son 27 ildə iki dövlətin uğurlu sosial-iqtisadi inkişaf prosesi keçdiyini, Azərbaycanın ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük nailiyyətlər əldə etdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Müstəqilliyimizin ilk günlərindən Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələrinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin dövlətlərimizin xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərini buna bariz nümunə kimi göstərib.