• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanı kosmosa ilk rabitə peykini buraxıb

Səudiyyə Ərəbistanı Krallığının kral Əbdel Əziz adına elm və texnika Şəhərciyi fransız “Qayana” kosmik stansiyasından “Ariane-5” raket daşıyıcısı ilə SGS-1 ilk rabitə peykinin buraxılması haqqında məlumat yayıb.

Buraxılışdan əvvəl ölkənin vəliəhd şahzadəsi peykdə quraşdırılan son detalın üzərində “Buludların üstündə” sözlərini yazıb.

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri, kral Əbdel Əziz adına elm və texnika Şəhərciyinin sədri Xalid ibn Əbdel Əziz Əl-Fəlih bildirib ki, bu milli nailiyyət kral Salman bin Əbdel Əziz Əl Səud və vəliəhd şahzadənin kosmik tədqiqatlar sahəsinə göstərdikləri böyük dəstəyin nəticəsidir. Onun sözlərinə görə, ilk peykin buraxılması ölkədə strateji əhəmiyyətli texnologiyaların lokallaşdırılması, yerli kadrların sayının artırılması, peyklərin işlənib hazırlanması və istehsalı sahəsində səudiyyəli gənclərin imkanlarının genişləndirilməsini nəzərdə tutan “Səudiyyə Ərəbistanı Krallığı -2030” planına uyğundur.

Xidmət müddəti 20 il olacaq Səudiyyə peykinin idarə olunması, istismarı və nəzarəti Krallıqda yerləşən yerüstü stansiyalarda fəaliyyət göstərən milli mütəxəssislər tərəfindən həyata keçiriləcək.