• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Prezident İlham Əliyev İsrailin fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. "AzərTac"-ın xəbərinə görə, Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İlham Əliyevə minnətdarlığını bildirən səfir Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacağını bildirib. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.