• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Rusiya Prezidenti bəzi Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib

Rusiya Prezidenti Vladimir Putin ölkəyə vizasız daxil olmaq hüququna malik Türkiyə vətəndaşları kateqoriyasını genişləndirib.

Müvafiq fərman rəsmi hüquqi məlumat portalında yerləşdirilib.

Fərmana əsasən, bundan sonra RF-ə qısamüddətli ezamiyyətə gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları, o cümlədən diplomatik nümayəndəliklər və konsulluq müəssisələri, həmçinin beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücülər “Türkiyə tərəfindən analoji addımlar atılması şərti ilə” vizasız rejimdən istifadə edə biləcəklər.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi.