• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Rəsədxana yeni ayın görünməsi ilə bağlı açıqlama verib

Yeni ay iyunun 3-də saat 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

Məlumat Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilib. Bildirilib ki, təzələnmiş ayın Hilalının görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

Ekvatordan uzaq ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkündür. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı iyunun 4-də (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcək.