• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Parisdə azərbaycanlı rəssamın installasiyası sərgilənir

Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzində rəssam Elvin Nəbizadənin “Sfera” adlı müxtəlif musiqi alətlərindən ibarət müasir incəsənət installyasiyası nümayiş edilir. Respublika Günü və diplomatik xidmət orqanlarının 100 iliyi çərçivəsində təqdim olunan installasiya fransız dövlət nümayəndələri, incəsənət xadimləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Sfera” installasiyası ilk dəfə 2017-ci ildə 57-ci Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Emin Məmmədov və Martin Rothun kuratorluğu altında Azərbaycanın milli pavilyonunda sərgilənib.

Sənət əsəri Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, kurator Könül Rəfiyeva və “ART LEXİNG” qalereyasının birgə əməkdaşlığı ilə iyunun 15-dək Parisdə nümayiş olunacaq. Elvin Nəbizadənin əsərlərində musiqi aləti onun sənətindəki müxtəliflik, ənənə və multikulturalizm simvoludur.