• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pakistanın İrandakı səfirinə etiraz notası təqdim edilib

Fevralın 17-də Pakistanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Notada Pakistandan terrorçuların tutulub İrana təhvil verilməsi tələb olunub. Rəsmi Tehran İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aksiyasına görə Pakistanı ittiham edib.

Sistan-Bəlucistan vilayəti İranın Pakistan ilə sərhəd bölgəsində yerləşir. Bu bölgədə ağır terror hadisəsinin törədilməsi ilk dəfə deyil. Ötən ilin iyununda naməlum silahlı qruplaşma İran sərhədinə hücum edib 16 sərhədçini girov götürərək Pakistan ərazisində gizlətmişdi. İran xüsusi xidmət orqanlarının səyi nəticəsində girov götürülənlərdən beşi azad edilsə də, digərləri barədə bu günə kimi heç bir xəbər yoxdur.

Sonuncu terror aksiyasını törədənlər də Pakistan ərazisində gizləniblər.

Xatırladaq ki, fevralın 13-də İranın Sistan-Bəlucistan vilayətində törədilən terror aksiyasında 41 nəfər həlak olub. Həlak olanların 27-si İslam İnqilabı Keşikçiləri Korpusunun əsgər və zabitidir