• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Pabuk” qasırğası Tailand sahillərinə çatıb

Yanvarın 4-də axşamüstü Tailandın cənub sahillərinə çatan “Pabuk” qasırğasının gətirdiyi şiddətli yağış və güclü külək daşqınlara, binalara ziyan dəyməsinə, elektrik verilməsində fasilələrin yaranmasına səbəb olub.

Ölkənin meteorologiya xidməti ilin ilk qasırğası barədə xəbərdarlıq elan edib. Güman olunur ki, əsas turizm məntəqələrinin yerləşdiyi cənub hissədə hava şəraiti daha da pisləşəcək, dənizlərdə dalğaların hündürlüyü 4 metrə çatacaq. Yanvarın 3-dən gəmilərin hərəkətinə məhdudiyyət qoyulub. Bildirilir ki, güclü yağışlar və külək həftənin sonunadək davam edəcək.