• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ermənistanın daimi nümayəndəliyi qarşısında etiraz aksiyası

Bakı. Xocalı qətliamının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Nyu-York Assosiasiyası təşkilatının üzvləri Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər. "AzərTAC"-ın xəbərinə görə, aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantlar nümayiş etdirib, şüarlar səsləndirib, faciə ilə bağlı əcnəbilərə və yerli sakinlərə müxtəlif jurnallar paylayıb, baş vermiş hadisələr barədə ətraflı məlumat veriblər.

Daha sonra müxtəlif ölkələrin nümayəndələrini Xocalı qətliamı barədə məlumatlandırmaq üçün sözügedən təşkilatın nümayəndələri etiraz aksiyasını BMT-nin mənzil qərargahının qarşısında davam etdiriblər.