• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nikola Perrən: Azərbaycanda kənd təsərrüfatı sektorunun böyük potensialı var

Parisdə beynəlxalq Kənd Təsərrüfatı Sərgisində Azərbaycanın kənd təsərrüfatı nazirinin iştirakı ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etmək, hər iki ölkədə kənd təsərrüfatının inkişafına dair fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaratdı.

Bu fikirləri Fransa Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Nikola Perrən müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Fransa Kənd Təsərrüfatı Nazirliyinin müşaviri qismində Azərbaycanın müxtəlif regionlarına səfərlər edib, kənd təsərrüfatı sektoru ilə yaxından tanış olub.

“Bilirəm ki, Azərbaycan yeni texnologiyalardan, elektron kənd təsərrüfatından, məhsuldarlıq və sərmayələrin optimallaşdırılmasına yönəlmiş kənd təsərrüfatı təyinatlı torpaqların idarəetmə prinsipindən istifadə edərək, bu sahənin inkişafına və müasirləşdirilməsinə başlayıb. Bunlar kənd təsərrüfatı ehtiyatlarının davamlı idarəçiliyinə, eləcə də həmişə ən yaxşı keyfiyyətdə olmasına imkan verən vasitələrdir. Rəqəmsal texnologiyalar fermerlərə məhsul təchizatlarını genişləndirməyə imkan verəcək. Azərbaycanın kənd təsərrüfatı sektorunun mühüm potensialı və çox böyük imkanları var. Bu da sözügedən sahədə geniş əməkdaşlığa imkan yaradır. Ekspertlərimizin qarşılıqlı fəaliyyəti, fikir mübadiləsi bu müasirləşmə prosesinin asanlaşmasına töhfə verə bilər”, - deyə N.Perrən diqqətə çatdırıb.