• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nazirlik: 5 ayda qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb

Beş ayda qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb.

Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib. Xüsusilə də özəl sektorun vergi daxilolmalarında bu sektorun xüsusi çəkisinin yüksəlməsi müşahidə olunur. Bu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə ƏDV-yə cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.

Cari ilin ilk 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb. ƏDV dövriyyəsində artım isə 9,6 faiz təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4 faiz, o cümlədən ƏDV dövriyyəsi 24,6 faiz artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə - 37,3 faiz, o cümlədən ƏDV dövriyyəsi 38,2 faiz artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6 faiz olub.