• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Myanmada silahlı insident nəticəsində 4500 sakin yaşayış yerlərini tərk edib

Arakan Rohinca Qurtuluş Ordusu ilə Myanma təhlükəsizlik qüvvələri arasında baş verən silahlı insident nəticəsində 4500 dinc sakin yaşayış yerlərini tərk edib.

BMT baş katibinin səlahiyyətli nümayəndəsi Fərhan Haq yanvarın 4-də baş vermiş silahlı qarşıdurmanın bölgədə yenidən sabitliyin pozulmasına səbəb olduğunu deyib.

BMT-nin bölgədə fəaliyyət göstərən müşahidəçi missiyası ölkənin şimal hissəsində vəziyyətin daha ağır olduğunu, insan tələfatının artdığını bildirib. Məlumatda qeyd olunur ki, bölgədə müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti aparılır.

Qeyd edək ki, Myanmada etnik qarşıdurma 2017-ci ildən başlayıb. Bu ölkədən olan müsəlman qaçqınların 720 min nəfəri həmsərhəd Banqladeşdə məskunlaşıb.