• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Münaqişənin yeganə həlli yolu işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasıdır

Bakı. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər: “S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaqdır. Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır.

Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaqdır”.