• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misir diplomatı İƏT Ölkələri Jurnalistləri Assosiasiyasını ziyarət etdi

Bakı. İyun ayının 30-da Misir Ərəb Respublikasının Azərbaycandakı  Səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət Mərkəzinin müdiri  dr. Əhməd Sami Elaydinin İslam Əməkdaşlıq Təşilatı üzv Dövlətləri Assosiasiyasının ofisində bu qurumun təsisçiləri Sona Vəliyeva və Fazil Abbasovla görüşü oldu.

Assosiasiyanın hədəf və məramları ilə tanış olan Doktor Əhməd Sami Elaydi bu təşkilatın İslam dünyası üçün faydalı olacağına əminliyini bildirdi. O, Misir jurnalistləri ilə assosiasiya arasında əlaqələrin qurulmasında əlindən gələni əsirgəməyəcəyini söylədi.

Görüşdə iki ölkə arasındakı mədəni əlaqələrin yeni mərhələdə inkişafı fonunda informasiya mübadiləsi məsələlərinə toxunuldu. “İslam ölkələrinin əlaqələrinin inkişafında müsəlman jurnalistlərinin həmrəyliyini yaratmaq, qloballaşan dünyada ortaq problemləri birlikdə çözmək hazırkı dövrün vacib tələblərindəndir. Misir Mədəniyyət Mərkəzi yeni yaranmış Assosiasiya ilə əlaqələrin qurulmasında maraqlıdır”. Qonaq öz ölkəsində Azərbaycana qarşı böyük maraq olduğunu vurğulayaraq azərbaycanşüns alim kimi bir il öncəyə qədər Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi ilə məşğul olduğunu və 100-dən artıq məzuna Azərbaycan dilinin əsaslarını tədris etdiyini söylədi.

Xatırladaq ki, qonaq BDU-da fiolofiya üzrə aspiranturanı bitirmişdir.

Qarşılıqlı mədəni tədbirlərin keçirilməsi, Misir Mədəniyyət Mərkəzinin mətbuat orqanları, təhsil ocaqları ilə əlaqəsi, eyni zamanda Assosiasiya üzvlərinin Misir Mədəniyyət Mərkəzdəki eksponatla tanışlığı, Azərbaycanın üzləşdiyi Qarabağ probleminin ərəb-müsəlman dünyasına çatdırılması məsələlərinə də toxunuldu.