• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misirdə fövqəladə vəziyyət daha üç ay müddətinə uzadılıb

Misirdə bu gündən etibarən fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb.

Bu barədə Prezident Əbdül Fəttah əs-Sisi müvafiq sənəd imzalayıb.

Xatırladaq ki, Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində Tantada və Aleksandriyada əllidən çox insanın ölümü ilə nəticələnən terror aktlarından sonra elan olunmuşdu.