• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Fələstinin Azadlığı Təşkilatının rəhbəri istefa verib

Fələstin dövlətinin prezidenti Mahmud Abbas Fələstinin Azadlığı Təşkilatı (FAT) icraiyyə komitəsinin rəhbəri postundan istefa verib. "Maan" agentliyindən yayılan məlumatda sabiq rəhbərin Yaxın Şərq nizamlanmasının iflasa uğramasına etiraz olaraq postdan imtina etdiyi bildirilir. Mahmud Abbas gözlənilməz qərarı İordan çayının qərb sahilindəki Pamallah şəhərində ölkə rəhbərliyi ilə keçirdiyi görüşdə açıqlayıb.

Prezidentin bu əhəmiyyətli postdan qəfil imtinası Fələstin Milli Şurasının fövqəladə sessiya təyin etməsini zəruriləşdirib. Növbəti sessiyada FAT icraiyyə komitəsinin 18 nəfərlik yeni idarəedici tərkibi seçiləcək. Fələstin Milli Şurası FAT-ın ali orqanıdır. Onun tərkibinə həm mühacirətdə olan fələstinlilərin, həm də muxtar rayonların əhalisinin təmsilçisi olan 740 nəfər daxildir.