• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Konqoda gəminin batması nəticəsində azı 30 nəfər ölüb

Konqo Demokratik Respublikasında yerləşən göllərdən birində insanları daşıyan gəminin batması nəticəsində azı 30 nəfər həyatını itirib, xeyli sayda insan itkin düşüb.

Bu barədə “Associated Press” məlumat yayıb.

İnonqo şəhər meri Saymon Vemba bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına gedən yerli məktəblərin müəllimləri olub. İki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.

Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.