• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kitabxanada “Müasir Azərbaycan qurucusu” adlı sərgi təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Müasir Azərbaycan qurucusu” adlı sərgi və dəyirmi masa keçirilib.

Sərgidə ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş müxtəlif yazıçıların yazdıqları kitablar nümayiş olunub.

Tədbirdə 79 nömrəli tam orta məktəbin VII sinif şagirdləri və müəllim kollektivi iştirak ediblər. Dəyirmi masa ətrafında Ümummilli Lider ömür yolu və fəaliyyəti haqqında ətraflı müzakirələr aparılıb.

Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.