• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran vətəndaşları üçün viza rejiminin sadələşdirməsi ilə bağlı razılığa gəlinib

Bakı. Azərbaycan və İran arasında 10 əməkdaşlıq sazişinin tam razılaşdırılması gözlənilir. İranın rabitə və informasiya texnologiyaları naziri, eləcə də hökumətlərarası komissiyanın həmsədri  Mahmud Vaezi deyib ki, bu sənədlər iki ölkənin müştərək komissiyasının birgə fəaliyyəti nəticəsində imzalanmağa hazırlanıb. Məsələ ilə bağlı "apa"-ya açıqlama verən nazir Azərbaycanın İran vətəndaşları üçün vizanı ləğv etməyəcəyini, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlindiyini bildirib: "Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək”

Nazir deyib ki, hər iki ölkənin insanları qarşılıqlı səfərlər etməkdə maraqlıdır. “Ötən 20 il ərzində İran və Azərbaycanın arasında əlaqələr indiki səviyyədə olmayıb və bu sevindirici haldır. Ötən iki il ərzində iki ölkənin rəsmiləri arasında 55 görüş keçirilib.”

M.Vaezi deyib ki, prezidentlər iki ölkənin əlaqələrinin inkişafında diqqət olunacaq rola malik olub və onun bu rolu əlaqələrin inkişafında çox təsiredici olub. O deyib ki, hökumətlərarası komissiya iki ölkənin əlaqələrinin inkişafı üçün təşkil olunub və komissiyanın təşkili əlaqələrin inkişafına təkan verib.“Komissiyada yük daşımaları, energetika, səhiyyə, qadın məsələləri üzrə komitələr təşkil edib və bu komitələrdəki müzakirələrdə yaxşı nəticələr əldə olunub” deyə M. Vaezi bildirib.