• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı. Oktyabrın 19-da İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə Naxçıvan Muxtar Respublikasına səfər edəcək. "AzərTAC"-ın xəbərinə görə, oktyabrın 20-də Bakıya, 21-də isə Gəncəyə səfər edəcək İsmayıl Cabbarzadə bir sıra görüşlər keçirəcək. Görüşlərdə İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, İranın Şərqi Azərbaycan vilayəti Azərbaycanla həmsərhəddir