• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı 59-a çatıb

İndoneziyanın Cənubi Sulavesi əyalətində daşqınlar nəticəsində həlak olanların sayı 59-a çatıb.

Bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində 25 nəfər itkin düşüb, üç mindən çox sakin evlərini tərk edib.

Əvvəlcə 30 nəfərin həlak olduğu və 24 nəfərin itkin düşdüyü bildirilmişdi. Daşqınların səbəbi kimi leysan yağışlar göstərilir. Məhz bunun da nəticəsində əyalətin adminstrasiyası Makasara şəhərindən 30 kilometr məsafədə yerləşən bəndi açmaq məcburiyyətində qalıb. Məntəqənin yerli rəhbərliyinin bildirdiyinə görə, bu, məcburi addım daha ağır vəziyyətin yaranmasına imkan verməmək üçün atılıb.