• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziyada qızıl mədənində çöküntü altında qalmış 6 nəfərin meyiti çıxarılıb

İndoneziyanın Şimali Sulavesi vilayətində sel və daşqınlar nəticəsində çökən qızıl mədənində torpaq altında qalmış 40 fəhlədən 6 nəfərinin meyiti çıxarılıb.

Vilayətin Bolaanq Monqondou rayonunun rəsmiləri qalan 34 nəfərin tapılması üçün bölgəyə texnika və xilasedicilərin cəlb olunduğunu bildiriblər. Rayonun polis rəisi Qani Fernando qeyd edib ki, mədənin dərinliyindəki süxurlara çatmaq üçün yuxarı səthdə palçıq təbəqəsini aradan qaldırmaq lazımdır. Onun sözlərinə görə, çıxarılan meyitlərdən görünür ki, onlar qaya parçalarının altında əziliblər. “Bundan başqa, xüsusi cihazlarla müəyyən edilib ki, çökən mədəndən hələ də sağ qalmış fəhlələrin səsi gəlir. Lakin onların xilas edilməsi üçün xilasetmə işləri ehtiyatla aparılır, çünki mədənin içərisindəki taxta dayaqların hamısının çökməsi bu insanların sağ qalma ehtimalını sıfıra endirə bilər”, -deyə polis rəisi əlavə edib.