• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hələbdə bombardman - 58 ölüb

Bakı. Suriyanın Hələb şəhərinin qərbində yerləşən Etarib qəsəbəsinə bağlı Cina kəndində gecə namazı vaxtı məscidə endirilən hava zərbəsi nəticəsində həlak olan dinc insanların sayı 58 nəfərə çatıb. Anadolu informasiya agentliyi xəbər verir ki, ABŞ “Əl-Qaidə” qruplaşmasının Suriyadakı toplanma mərkəzinə” havadan zərbə vurduğunu iddia etsə də, hadisə nəticəsində radikal görüşlərdən uzaq “Təbliğ camaatı” mənsublarının həyatını itirdikləri məlum olub.