• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Gürcüstan parlamentində məscidlərlə bağlı problemlər yenidən diqqət mərkəzində olub

Gürcüstan parlamentində məscid, kilsə, sinaqoq və digər dini məkanların istifadəsi, dini təhsil və s məsələlərin müzakirəsi davam edir.

Mayın 16-da parlamentin insan hüquqlar və vətəndaş inteqrasiya komitəsində müxtəlif dini icmaların, QHT-lərin və hüquq təşkilatların nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Komitənin sədri Sopo Kiladze dini məkanların bərpası sahəsində, orta məktəblərdə dini təhsil və digər məsələlərlə bağlı mövcud problemlərdən danışıb.

Eyni zamanda, dini konfessiyaların nümayəndələri qarşılaşdıqları çətinlikləri dilə gətirib, problemlərin həlli ilə bağlı təkliflər irəli sürüblər.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov çıxışında məscidlərin tikilməsi, özəlləşdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Gürcüstanda son illərdə müəyyən çətinliklərlə də olsa məscidlər tikilib, müstəqiliyin bərpasından bu günümüzə qədər məscidlərin sayı 3 dəfə artıb. Ancaq yenə də bir çox böyük yaşayış məntəqələrində, kəndlərdə ibadət evlərinə ciddi ehtiyaclar yaranır. Bir çox hallarda məscid tikilməsi ilə bağlı Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına olunan müraciətlər cavabsız qalır və ya müsbət cavab alınmır.

Sopo Kiladze təqdim olunan məlumatların komitədə araşdırılacağını bildirib. Eyni zamanda, dini problemlərin həlli sahəsində beynəlxalq təcrübəni də öyrəncəklərini qeyd edib.