• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Futbol üzrə Qətər millisi tarixində ilk dəfə Asiya kubokunun qalibi olub

Fevralın 1-də futbol üzrə Asiya kubokunun final görüşü keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin “Zayed Sport Siti” stadionunda keçirilən görüşdə Qətər və Yaponiya milliləri üz-üzə gəliblər. Qarşılaşma 3:1 hesabı ilə Qətər yığmasının xeyrinə başa çatıb.

Oyunda ilk qolu 12-ci dəqiqədə Qətər millisinin hücumçusu Almoez Ali vurub. Görüşün 27-ci dəqiqəsində Abdulaziz Hatəm komandasının ikinci qolunu vurub. Yaponiya futbolçuları matçın 69-cu dəqiqəsində Takumi Minaminonun vurduğu qol ilə hesab arasındakı fərqi azaldıblar. Matçda son nöqtəni qətərli Əkrəm Afif qoyub. O, 83-cü dəqiqədə Tokio təmsilçisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Beləliklə, Qətər millisi Yaponiya yığmasını 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Asiya kubokunun qalibi olub.

Xatırladaq ki, Yaponiya yığması yarımfinalda İranı (3:0), Qətər millisi isə Birləşmiş Ərəb Əmirliklərini (4:0) məğlub edib.