• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünyadakı iqtisadi böhran dövründə Azərbaycanın atdığı addımlar

Bakı. “Financial Times” nəşrinin saytında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərə dair süjet yayımlanıb. "AzərTAC"ın xəbərində bildirilir ki, videomaterialda Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkə iqtisadiyyatında həyata keçirilən islahatlarla bağlı məlumat verir. Süjetdə Azərbaycan dövlətinin sosial sahəyə yatırdığı sərmayədən, o cümlədən məktəb, xəstəxana binalarının tikintisindən, yolların inşasından bəhs olunur, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin qeyri-neft sektorunun inkişafı üçün görülən işləri daha da sürətləndirdiyi bildirilir.