• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Fərat qalxanı” əməliyyatının 166-cı günü

Bakı. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının 166-cı günündə İŞİD terror qruplaşmasının 259 hədəfi vurulub. Anadolu agentliyinin məlumatına görə, əməliyyat zamanı 33 terrorçu məhv edilib, 4-ü yaralanıb. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusunun döyüşçüləri ilə birlikdə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.