• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. Qəbulda Bakı və Gəncə şəhərləri, eləcə də Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarından sakinlər iştirak edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə və məsul şəxslərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.