• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Donald Tramp: ABŞ İranda rejimi dəyişməyə can atmır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranda rejimi dəyişməyə can atmır.

Donald Tramp bunu Tokioda Yaponiyanın baş naziri Sunzo Abe ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ İranla nüvə sazişindən çıxdıqdan sonra Tehran “ciddi iqtisadi problemlər” səbəbindən regionda öz davranışını dəyişib. Tramp əlavə edib ki, onun fikrincə, ABŞ və İran “sazişə nail ola biləcəklər”. “İranın çox böyük iqtisadi potensialı var. Mən iranlı olan çoxlu insanlar tanıyıram, onlar əla insanlardır, onların hazırkı rəhbərliklə böyük ölkə olmaq şansları var”, - Tramp belə deyib.

Mətbuat konfransı Ağ evin saytında yayımlanıb.