• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Çexiyanı kütləvi etiraz aksiyaları bürüyüb

Çexiya paytaxtının, Brno və Ostrava şəhərlərinin küçə və meydanlarını kütləvi etiraz aksiyaları bürüyüb. Aksiya iştirakçıları ölkənin yenidən təyin edilmiş ədliyyə naziri Mariya Beneşovaya və onun hökumət başçısı Andrey Babişin üzərindən korrupsiya ittihamını götürmək cəhdinə qarşı etiraz edirlər.

Etiraz aksiyalarında “Justice” (ədalət), “Biz kor deyilik”, “Stop Beneşova” şüarları səsləndirilir.

Beneşova karyera boyunca artıq bir dəfə ədliyyə naziri olub. Bu, 2013-2014-cü illərdə baş verib. Daha əvvəl isə Beneşova ölkənin baş prokuroru idi.