• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misirdə blok-posta hücum

Bakı.Bugün səhər saatlarında Sinay yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərindəki blok-posta hücum olub. Bu barədə “Əl-Balyad” xəbər portalı məlumat yayıb. “TASS” informasiya agentliyinin yaydığı məlumata görə, silahlı hücum nəticəsində polis zabiti və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı ölüb, 10 nəfər yaralanıb.

Daxil olan informasiyada bildirilir ki, əvvəlcə nəzarət-buraxılış məntəqəsinin qarşısında avtomobilə qoyulmuş partlayıcı işə salınıb. Sonra isə ekstremistlər blok-postu minomyotlardan atəşə tutublar. Misir ordusu iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında antiterror əməliyyatları həyata keçirir. Buradakı çətin keçilən rayonlarda ekstremist qruplar, o cümlədən İŞİD-lə əlaqəli yaraqlılar cəmləşiblər. Dekabrın əvvəllərində ordu komandanlığı 8 ekstremistin öldürüldüyü və daha 12-nin tutulduğu barədə məlumat yaymışdı.