• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Gələcəyin diplomatları hazırlanır

Bakı. “The National” nəşrinin verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) gələcəyin elçilərinin (ambassadors of the future) hazırlanması üzrə unikal təhsil proqramına start verilir. Dünyada ilk dəfə irəli sürülmüş bu təşəbbüs əsasında gələcəyin elçiləri üç il müddətinə dövlət qulluğuna qəbul ediləcəklər. Bu şəxslər BƏƏ-ni müxtəlif beynəlxalq və regional tədbirlərdə təmsil edəcək, orada öz biliklərini nümayiş etdirəcəklər. Gələcəyin elçiləri olmağa namizədlər müxtəlif dövlət müəssisələri tərəfindən irəli sürüləcək, sonra isə rəsmi komitə həmin namizədlər arasından seçim aparacaq.

Hökumət işləri üzrə nazir Məhəmməd al Qərqavi bu təşəbbüsü Gələcəyin Beynəlxalq Şuralarının Dubayda keçirilmiş sammitində təqdim edib. Gözlənildiyinə görə, proqramın təfsilatı yaxın vaxtlarda elan olunacaq.

"AzərTAC"