• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr edilən “Ən əl-Həqq” tamaşası nümayiş olunub

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən “Ən əl-Həqq” teatr tamaşası nümayiş olunub.

Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda “Nəsimi ili” çərçivəsində reallaşdırılıb.

Jurnalistika fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tamaşada Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, ovaxtkı despot rejimə, tökülən qanlara qarşı Nəsiminin üsyankarlığı əsas götürülüb.

“Ən əl-Həqq” tamaşasının layihə rəhbərləri Elcan Məmmədov, Fəhruz Rzayev və Rəhman Mirzəlizadə, quruluşçu rejissoru isə Cavidan Kəsəmənlidir.

Sonda BDU-nun rektoru Elçin Babayev, jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək tamaşa ilə bağlı fikirlərini bildirib, onu yüksək qiymətləndiriblər.