• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın ilk qızıl medalı

Bakı. Azərbaycan yığma komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb."AzərTAC" xəbərinə görə, qızıl medalı millimizin aktivinə atıcılıq yarışında mübarizə aparan Ruslan Lunyov yazdırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açmaq yarışında hamıdan dəqiq olub - (581-25 xal). Türkiyəli Dikec Yusuf ikinci, pakistanlı Axtar Muhammad Xalil isə üçüncü yeri tutublar. Ruslan Lunyov dünya kubokunun sahibi və dəfələrlə Azərbaycan çempionudur. Onun sonuncu böyük uğuru bu ilin martında dünya kubokunda bürünc medal qazanması olub.