• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard dollara çatacaq

Bakı. 2020-ci ilədək Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard ABŞ dollarına çatacaq. Bu haqda məlumatı iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin VI görüşündə deyib. “Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın məbləği 8 milyard ABŞ dolları, Türkiyənin Azərbaycana yatırdığı investisiyanın həcmi isə 10 milyard dollar təşkil edir”, - deyə nazir qeyd edib.