• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri möhkəmlənir

Bakı. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin Əhməd Əl-Cübyerin Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevlə görüşündə Prezident İlham Əliyevin Kral Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə ötən il aprelin 5-7-də Səudiyyə Ərəbistanına rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni dinamizm gətirdiyi və əməkdaşlığın inkişafı üçün geniş üfüqlər açdığı vurğulanıb.

"AzərTAC"-ın xəbərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyi və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub.

Görüş ölkənin aparıcı “Ər-Riyad” və “Əl-Cəzirə” qəzetləri, eləcə də Səudiyyə Xəbər Agentliyi tərəfindən geniş işıqlandırılıb.