• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın bir qrup media nümayəndəsi Rəzəvi Xorasan əyalətinə səfər edib

Bakı. İran İslam Respublikası və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə azərbaycanlı media işçilərindən ibarət 9 nəfərlik qrup müqəddəs Məşhəd şəhərinə yolla salınıb. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, bu dəfə İrana yola düşən media nümayəndələri işçiləri “ATV”, “Apa”, “İnter.az” və “İctimai TV” telekanalları, həmçinin “Salamnewz” və “Sputnik.az” xəbər agentliklərinin əməkdaşlarıdır. İslam Peyğəmbəri (s), eləcə də həzrət İsa Məsih (ə) və İmam Sadiqin (ə) təvəllüd günlərinə təsadüf edən bu günlərdə həmin media işçilərinin İrana səfərində məqsəd, onların səkkizinci İmam həzrət Rzanın (ə) ziyarətgahını ziyarət etmək, həmçinin İmam Rza (ə) adına müqəddəs dərgahın fəaliyyəti, bununla yanaşı Rəzəvi Xorasan əyalətinin iqtisadi, mədəni və turizm sahəsində mövcud olan potensialını Azərbaycan Respublikasının müsəlman və şiə xalqına tanıtdırmaqdan ibarətdir.  İslam ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə “ISESCO”nun 2010-cu ildə Bakıda keçirilmiş tədbirində təsdiq etdiyi qərara əsasən Məşhəd şəhəri 2017-ci ildə İslam dünyasının paytaxtı seçilmişdir. Bu da ölkə üçün olduqca çox önəmli olan milli və beynəlxalq hadisədir. Bundan əlavə, Məşhəd şəhəri 2017-ci ildə “ISESCO”nun beynəlxalq iclasına da ev sahibliyi edəcəkdir.  Ekspertlər Məşhəd şəhərinin İslam dünyasının paytaxtı kimi seçilməsini İmam Rza (ə) mədəniyyəti və ziyarətinin rəvac verilməsi üçün olduqca önəmli bir fürsət kimi dəyərləndirirlər.