• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanlı alimin müsahibəsi Çin saytında yayımlanıb

Çin Dövlət Şurası Mətbuat Bürosunun Çin informasiya internet mərkəzinin saytında Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovla müsahibə yerləşdirilib.

R.Abbasov müsahibəsində ölkəmizdə çinşünaslığın inkişaf tarixindən, Azərbaycan-Çin dostluq və əməkdaşlıq cəmiyyətinin fəaliyyətindən, Çin dili üzrə hərbi tərcüməçi peşəsini seçməsindən danışıb. R.Abbasov, həmçinin Konfutsi İnstitutunun fəaliyyəti, tarixi İpək yolunun dirçəlməsi ilə qlobal əhəmiyyətə malik “Bir kəmər - bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verib. O, Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə ADU-nun Konfutsi İnstitutunun nəşr etdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabından bəhs edib. Professor Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplu haqqında da məlumat verib.