• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalında iştirak edib

Rusiyanın Həştərxan şəhərində gənc maestroların “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala-konserti keçirilib. Konsertdə ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs ansamblı təmsil edib.

Rəqs ansamblı laureat adını qazanıb və diplomla təltif edilib.

Qeyd edək ki, konsertdə Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstandan olan iştirakçılar çıxış ediblər.