• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan və Böyük Britaniya arasında turizm əlaqələri inkişaf edir

Fevralın 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, iki ölkə arasında təcrübə mübadiləsi, turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Həmçinin tarixi abidələrin turizm üçün önəmi, qorunması və konservasiyasının turizmin inkişafındakı rolu mövzusunda fikir mübadiləsi aparılıb.

Fuad Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə Londonda keçirilən 2018-ci ilin noyabrında Dünya Səyahət Bazarı sərgisində ( World Travel Market-2018 ) təqdim olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn səyahətçilərin sayı 29 min 399 nəfər olub.